...

Kolumbiyada naməlum şəxslərin hücumu nəticəsində 2 əsgər ölüb

Dünya xəbərləri Materials 19 İyul 2020 00:38 (UTC +04:00)
Kolumbiyada naməlum şəxslərin hücumu nəticəsində 2 əsgər ölüb

Bakı. Trend:

Kolumbiya silahlı qüvvələrinin ən azı iki nümayəndəsi ölkənin şərqində naməlum silahlıların hücumu nəticəsində həlak olub, 6 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə La FM radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə Norte-de-Santander departamentinin Tibu və Kukuta şəhərlərini birləşdirən magistral yolda baş verib.

Bir hərbçi yerindəcə, digəri isə xəstəxanada ölüb. Daha 6 əsgər yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hakimiyyət orqanları hadisə ilə əlaqədar araşdırmaya başlayıb. İlkin məlumatlara görə, hücum Kolumbiyanın "Milli Azadlıq Ordusu" sol radikal üsyançı qrupunun nümayəndələri tərəfindən həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti