...

Moskvada koronavirusdan daha 14 nəfər ölüb

Dünya xəbərləri Materials 23 İyul 2020 03:31 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 14 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyada 789 190 yoluxma halı qeydə alınıb, 572,053 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti