...

Cənubi Sandviç adaları sahillərində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 İyul 2020 06:13 (UTC +04:00)
Cənubi Sandviç adaları sahillərində güclü zəlzələ baş verib

Bakı. Trend:

Atlantik okeanında yerləşən Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Uşuaya şəhərindən (Odlu Yer vilayəti, Argentina) 2561 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti