...

Trampın müşaviri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 27 İyul 2020 17:52 (UTC +04:00)
Trampın müşaviri koronavirusa yoluxub

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen koronavirusa yoluxub.

Trend-in məlumatına görə, R.O'Brayen ötən həftədən etibarən işə getmir. Onun sağlamlıq vəziyyəti barədə hər hansı bir məlumat verilməyib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə liderlik edir.

Bu günədək ölkədə 4,4 milyona yaxın şəxs virusa yoluxub, təxminən 150 min nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti