Bakı. Trend:
Rusiyada koronavirus vaksininin kliniki sınaqarı başa çatıb.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Mixail Muraşko deyib.
O bildirib ki, hazırda həmin preparatın qeydiyyata alınması üçün sənədlər paketi hazırlanır.
Nazir əlavə edib ki, Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin okytabr ayında başlaması gözlənilir.