...

ABŞ və Rusiya yaxın zamanda terrorizmlə mübarizəni müzakirə edə bilərlər

Dünya xəbərləri Materials 3 Avqust 2020 04:29 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və Rusiya nümayəndələri arasında yaxın aylarda terrorizmlə mübarizə mövzusunda görüş keçirilə bilər.

Trend-in məlumatına görə, bunu "The Washington Post" qəzetinə müsahibəsi zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib: "Rusiya ilə potensial əməkdaşlığın başqa bir sahəsi də terrorla mübarizədir. Həm Rusiya, həm də ABŞ öz ərazilərində <...> ekstremistlər tərəfindən hücumlara məruz qalıblar".

Onun sözlərinə görə, ABŞ rəsmiləri, çox güman ki, yaxın aylarda bu məsələlər üzrə Rusiyanın kəşfiyyat və hüquq-mühafizə orqanlarındakı həmkarları ilə qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti