Bakı. Trend:
İspaniya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əlavə tədbirlər barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Salvador İlya deyib.
Yeni qərarlara əsasən, ölkə ərazisində diskoteka və gecə klubları bağlanır. Restoran və kafelər saat 01:00-a qədər işləyə biləcək.
Bundan başqa, pandemiya ilə mübarizə çərçivəsində küçədə spirtli içkilərin içilməsi də qadağan edilib. Eləcə də, iki metr məsafə saxlamaq mümükn olmayan küçələrdə və digər ictimai yerlərdə siqaret çəkmək qadağan edilir.