...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 294 mindən çox artıb

Dünya xəbərləri Materials 16 Avqust 2020 03:42 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 294 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 294 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 15-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 294 237 nəfər yeni koronavirusa yoluxub, 9 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 21 026 758, ölənlərin isə 755 786 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 11 271 215 yoluxma və 410 483 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 733 965, ölənlərin sayı isə 213 674 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 971 104 yoluxma və 58 844 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti