...

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 17 Avqust 2020 04:48 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, İsrail ordusunun tankları HƏMAS-ın müşahidə postlarını məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti