...

Filippin sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 18 Avqust 2020 06:04 (UTC +04:00)
Filippin sahillərində 6,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Filippin sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Leqaspi şəhərindən 124 km cənubda və paytaxt Maniladan 442 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 15 km dərinlikdə olub.

Xəsarət alan, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti