Bakı. Trend:
Türkiyənin Manisa vilayətində ağac emalı fabrikində yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın Alaşehir rayonunda qeydə alınıb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğının söndürülməsi işləri davam edir.
Yanğının səbəbi məlum deyil.