Bakı. Trend:
Türkiyədə yeni növ koronavirusa (COVİD-19) qarşı 13 fərqli vaksinin hazırlanması üzrə işlər aparılır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
F.Koca deyib: "Türkiyə 13 vaksinin hazırlanması üzrə işlər davam etdirilir. Vaksinlərdən üçünün heyvanlar üzərində sınağı başa çatıb".