...

İtaliyada yerli koronavirus vaksininin sınaqları başlayır

Dünya xəbərləri Materials 24 Avqust 2020 12:41 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada bu gündən etibarən yerli koronavirus vaksininin kliniki sınaqları başlayır.

Trend-in məlumatına görə, sınaqların ilkin mərhələsində 18-55 yaş arasında 45 nəfər, eləcə də 65-85 yaş arasında 45 nəfər könüllü iştirak edəcək. Sınaqlarda iştirak edənlər peyvəndləmədən sonra 12 həftə ərzində nəzarət altında saxlanacaq.

Sınaqların ikinci və üçüncü mərhələsinin yoluxmanın daha çox yayıldığı Meksika və Braziliya kimi ölkələrdə keçirilməsi nəzərdə tutulur.

Sınaqların uğurla başa çatacağı təqdirdə koronavirus vaksininin 2021-ci ilin yazında hazır olacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti