...

19-cu əsrə aid Cümə məscidi yanıb (VİDEO)

Dünya xəbərləri Materials 24 Avqust 2020 20:13 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqindəki Durban şəhərində 19-cu əsrdə inşa edilmiş məscid yanıb.

Trend-in məlumatına görə, yanğın ölkə ərazisindəki ikinci ən böyük məscid olan Cümə məscidində baş verib.

Yanğının səbəbləri məlum deyil, xəsarət alanların olması barədə də məlumat verilməyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Durban şəhərində Cümə məscidi 1881-ci ildə tikilib. 1970-ci illərin sonunadək bu məscid CAR-ın ən böyük məscidi olub.

Hazırda ölkənin ən böyük məscidi Yohannesburq şəhərindəki Nizami məscididir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti