...

Rusiyada kiçik dronları müəyyən edə bilən radar yaradılır

Dünya xəbərləri Materials 25 Avqust 2020 20:23 (UTC +04:00)
Rusiyada kiçik dronları müəyyən edə bilən radar yaradılır

Bakı. Trend:

Rusiyada dron qrupu arasında kiçik dronları müəyyən edə bilən radiolokasiya stansiyası yaradılır.

Trend-in məlumatına görə, bu barədə “Armiya-2020” forumu zamanı məlumat verilib.

Qeyd olunub ki, yeni radar bir neçə dronun uçuşu zamanı bütün aparatları tək-tək müəyyən edə biləcək. Hazırkı radiolokasiya stansiyaları dronları yalnız dəstə halında müəyyən edə bilər.

Bu radar kiçik dronların qorunan obyektlərə daxil olmasının qarşısını almaqda kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti