...

İranda koronavirusdan ölənlərin sayı azalıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2020 14:19 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı azalıb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 101 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, halbuki öncəki sutka ərzində 109 koronavirusdan ölməsi təsdiqlənmişdi. Beləliklə İranda indiyədək bu virusdan ölənlərin sayı 21 672 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 682 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 376 894 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 709 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 325 124 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,25 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti