...

Rusiyada bir gündə 5 minə yaxın yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2020 12:09 (UTC +04:00)
Rusiyada bir gündə 5 minə yaxın yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 995 nəfər virusa yoluxub, 114 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 009 995 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 528 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 826 935 nəfər virusdan sağalıb, 165 532 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti