...

Yaponiyaya "Hayşen" qasırğası yaxınlaşır - Onlarla zavod bağlanıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 16:15 (UTC +04:00)
Yaponiyaya "Hayşen" qasırğası yaxınlaşır - Onlarla zavod bağlanıb

Bakı. Trend

Yaponiyaya yaxınlaşmaqda olan "Hayşen" qasırğası ilə əlaqədar ölkənin cənub-qərbində zavodlar fəaliyyətini dayandırır.

Trend-in məlumatına görə, "Toyota", "Honda" şirkətləri Küsü adasında zavodlarnı bağladığını elan edib.

Bundan başqa, "Mitsubishi Electric" 3, "Canon" isə 7 zavodunu müvəqqəti bağlayıb.

"Hayşen" qasırğası hazırda Okinava adası istiqamətində hərəkət edir. Onun bazar günü Yaponiya sahillərinə çatacağı deyilir. Qasırğa zonasında küləyin maksimal sürəti saatda 198 kilometrə çata bilər.

Sakinlərə yaşayış yerlərini tərk etmək tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti