...

BƏƏ və Bəhreyn İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 07:25 (UTC +04:00)
BƏƏ və Bəhreyn İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn bu gün Vaşinqtonda İsrail ilə münasibətlərin normallaşdırılması üzrə razılaşma imzalayacaqlar.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, razılaşmanın imzalanması mərasimində iştirak etmək üçün İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtona səfərə gəlib.

Bildirilir ki, BƏƏ və Bəhreyni mərasimdə bu ölkələrin xarici işlər nazirləri təmsil edəcəklər.

Qeyd edilir ki, mərasimdə həmçinin ABŞ prezidenti Donald Tramp da iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti