...

Yeni Zelandiyada məktəb avtobusu ilə qatar toqquşub

Dünya xəbərləri Materials 16 Sentyabr 2020 07:03 (UTC +04:00)
Yeni Zelandiyada məktəb avtobusu ilə qatar toqquşub

Bakı. Trend:

Yeni Zelandiyada qatarla toqquşan məktəb avtobusu sürücüsü xəstəxanaya gedərkən ölüb və qəzada 40 şagird yaralanıb.

Trend-in məlumatına görə, Radio New Zealand radiostansiyası bildirib.

Bildirilib ki, toqquşma Şimali Palmerston şəhərindəki dəmir yolu keçidində hərəkət edən qatarla olub. Altı məktəbli xəstəxanaya yerləşdirilib.

Şəhər polisi, həkimlərin uşaqların vəziyyətini qənaətbəxş qiymətləndirdiyini, heç kimin ciddi xəsarət almadığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti