...

Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var

Dünya xəbərləri Materials 21 Sentyabr 2020 08:49 (UTC +04:00)
Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var

Bakı. Trend:

Çinin Quançjou şəhərində (Quandun əyaləti) bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında insanlara hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı şəxsin hücumu nəticəsində 5-i uşaq olmaqla 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, uşaqlardan 2-si ağır, 3-ü isə yüngül xəsarətlər alıb.

Hücum edən şəxs polislər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır, insidentin səbəbləri və təfərrüatları müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti