...

Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı

Dünya xəbərləri Materials 21 Sentyabr 2020 13:32 (UTC +04:00)
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı

Bakı. Trend:

Çinin şimal-şərqindəki Çançun şəhərində Rusiyadan idxal olunmuş kalmar qablaşdırmasında koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, qida şirkətlərindən birində keçirilən yoxlama zamanı qablaşdırmalardan birində virus tapılıb. Növbəti gün keçirilən təkrar test müsbət nəticə verib.

Həmin məhsulun Rusiyadan idxal olunduğu müəyyən edilib.

Nəticədə anbarda olan bütün məhsullar yoxlamadan keçirilib. Testlərin mənfi nəticələndiyi bildirilir.

Şəhər sakinlərinə dondurulmuş məhsullar alarkən ehtiyatlı olmaq tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti