...

Karantin rejimini pozan koronavirus xəstəsinə 3 ay həbs verildi

Dünya xəbərləri Materials 22 Sentyabr 2020 17:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Bursa şəhərində karantin rejimini pozan şəxsə 3 ay müddətinə həbs cəzası verilib.

Trend-in məlumatına görə, 27 yaşlı şəxsin koronavirus testi müsbət nəticələndikdən sonra o, ev şəraitində karantinə alınıb.

Bir neçə gündən sonra yoxlama üçün onun evinə gələn həkimlər həmin şəxsi evdə tapmayıblar.

Karantin qaydalarını pozmaq ittihamı ilə barəsində cinayət işi açılan şəxsə məhkəmə qərarı ilə 3 ay 10 gün müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzası tətbiq edilib.

O, çörək almaq üçün evdən çıxdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti