...

İsraildə koronavirusa yoluxanların sayı 200 minə çatır

Dünya xəbərləri Materials 23 Sentyabr 2020 05:15 (UTC +04:00)
İsraildə koronavirusa yoluxanların sayı 200 minə çatır

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 445 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 193 374 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 140 751 nəfəri sağalıb, 1 285 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 51 338 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti