...

Fransanın dövlət borcu rekord həddə çatıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2020 14:04 (UTC +04:00)
Fransanın dövlət borcu rekord həddə çatıb

Bakı. Trend:

2020-ci ilin ilk 6 ayı ərzində Fransanın dövlət borcu rekord həddə çatıb.

Trend-in məlumatına görə, bu göstərici Fransanın ümumi daxili məhsulunun 114,1 faizini təşkil edib.

İyulun 1-ə olan vəziyyətə görə, Fransanın dövlət borcu 2 trilyon 638,3 milyard avroya bərabər olub. Bu rəqəm aprelin 1-i ilə müqayisədə 113,4 milyard avro artıb.

Bu, 1995-ci ildən bəri qeydə alınan ən yüksək artım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti