...

Türkiyədə üç terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 4 Oktyabr 2020 06:21 (UTC +04:00)
Türkiyədə üç terrorçu zərərsizləşdirilib

Bakı. Trend:

"İldırım-3" Əməliyyatı çərçivəsində Türkiyənin Ağra vilayətində üç terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

Bildirilib ki, əməliyyat hava dəstəyi ilə Doğubayazıt rayonunda həyata keçirilib. Əməliyyatda komandos və jandarmeriyanın xüsusi bölmələri iştirak edib.

Beləliklə, "İldırım" əməliyyatları çərçivəsində gün ərzində altı terrorçu zərərsizləşdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti