...

Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi

Dünya xəbərləri Materials 22 Oktyabr 2020 07:11 (UTC +04:00)
Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi

Bakı. Trend:

İon dənizində Yunanıstanın Zakinf adası sahilləri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, fəlakətin episentri təxminən 11,5 min nəfər əhalisi olan Zakintos şəhərindən 61 km cənub-qərbində olub. Zəlzələnin ocağı 10 kimoletr dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti