...

Dünyada beş gün üst-üstə koronavirusa yoluxanların sayı gündəlik 400 mini keçir

Dünya xəbərləri Materials 27 Oktyabr 2020 06:41 (UTC +04:00)
Dünyada beş gün üst-üstə koronavirusa yoluxanların sayı gündəlik 400 mini keçir

Bakı. Trend:

Son beş gündə dünyada koronavirusa yoluxanların sayı gündəlik 400 mindən çox artır. Bu, pandemiyanın başlamasından bəri yoluxmanın ən uzun müddətli intensiv artımıdır.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST bildirir ki, dünyada 42 966 344 nəfər koronavirusa yoluxub və 1 152 604 nəfər bu xəstəlikdən ölüb. Son sutka ərzində virusa yoluxanların sayı 435,528 nəfər artıb.

Təşkilat dalbadal beşinci gün 400 mini nəfəri keçən göstəriciləri qeyd edir: 22 oktyabrda dünyada 442 890, 23 oktyabrda - 460 538, 24 oktyabrda - 478 700, 25 oktyabrda - 441 268 nəfər koronavirusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti