...

Baydenin koronavirus testinin nəticəsi məlum olub

Dünya xəbərləri Materials 28 Oktyabr 2020 07:15 (UTC +04:00)
Baydenin koronavirus testinin nəticəsi məlum olub

Bakı. Trend:

ABŞ prezidenti vəzifəsinə Demokrat partiyasından namizəd Cozef Bayden növbəti dəfə koronavirus testindən keçib.

Trend-in məlumatına görə, bu barədə siyasətçinin seçki qərargahından jurnalistlərə bildiriblər.

Məlumata əsasən, C.Baydenin koronavirus testinin nəticəsi mənfi olub: "Sabiq vitse-prezident C.Bayden COVİD-19 testindən keçib. Koronavirus aşkarlanmayıb".

Qeyd edək ki, daha əvvəl Cozef baydenin nümayəndələri onun bütün koronavirus testlərinin nəticələrini dərc edəcəklərini bildirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti