...

ÜST rəhbəri özünü təcrid edib

Dünya xəbərləri Materials 2 Noyabr 2020 11:18 (UTC +04:00)
ÜST rəhbəri özünü təcrid edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus koronavirus infeksiyası ilə əlaqədar özünü təcrid edib.

Trend-in məlumatına görə, bunu ÜST rəhbəri öz “Twitter” səhifəsində yazıb.

O, COVID-19-a yoluxmuş şəxslə ünsiyyətdə olduğunu öyrəndiyini deyib. Nəticədə T.Gebreyesus özünütəcrid rejiminə keçib.

O, özünü yaxşı hiss etdiyini, hər hansı bir simptomun olmadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti