Bakı. Trend:
Livanın şimalında yerə yanan meteorit düşüb.
Trend-in məlumatına görə, bu barədə NNA agentliyi xəbər verib.
Bildirilib ki, hadisə Əl-Talil qəsəbəsi yaxınlığında Akkar vilayətində qeydə alınıb.
Düşəndən sonra meteorit əkin sahələrində yanğına səbəb oldu.