Bakı. Trend:
Çin Asiyanın 14 ölkəsi ilə dünyanın ən iri azad ticarət sazişini imzalayacaq.
Trend-in məlumatına görə, sənəd Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti zamanı imzalanacaq. Sammit noyabrın 15-dək davam edəcək.
Sazişə Çinlə yanaşı Yaponiya, Avstraliya, Yeni Zelandiya kimi ölkələr qoşulacaq.
Yeni yaranacaq azad ticarət zonası 2,2 milyard əhalini əhatə edir.