...

Dünyada koronavirusa yoluxanların sayı 76 milyona çatır

Dünya xəbərləri Materials 21 Dekabr 2020 23:45 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 76 milyona çatır

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 575 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 575 551 nəfər yeni koronavirusa yoluxub, 9 267 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 75 704 857, ölənlərin isə 1 690 061 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti