...

Meksikada dağlıq ərazidə dörd turist həlak olub

Dünya xəbərləri Materials 22 Dekabr 2020 00:50 (UTC +04:00)
Meksikada dağlıq ərazidə dörd turist həlak olub

Bakı. Trend:

21 turistdən ibarət qrupu Meksikanın Verakrus ştatının Kosto-de-Oro rayonunda dağ çayının axını apardı. Dörd nəfər həlak olub, üç nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "Milena" qəzeti regionun xilasetmə xidmətinə istinadən bildirib.

Beş turist tibbi yardıma müraciət edib, həyatlarına heç bir təhlükə yoxdur. Qrupun bütün üzvləri Meksika vətəndaşı idi.

İlkin məlumatlara görə, faciəyə bölgədə yağan leysan yağışları nəticəsində çayda suyun səviyyəsinin kəskin artması səbəb olub. İtkin düşənlərin axtarışında bir neçə xilasetmə qrupu iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti