...

Böyük Britaniyada sutkada 33 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 22 Dekabr 2020 05:04 (UTC +04:00)
Böyük Britaniyada sutkada 33 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

Bakı. Trend:

Böyük Britaniyada sutka ərzində aşkar edilən koronavirusa yoluxma hallarının sayı 33,3 mini keçib.

Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin məlumat saytında bildirilib.

Bildirilib ki, son sutka ərzində koronavirusa yoluxan 215 şəxs ölüb.

Böyük Britaniyada koronavirusa yoluxandan sonra ölənlərin ümumi sayı 67 616 nəfərə çatıb ki, bu da Avropada İtaliyadan sonra ikinci ən böyük göstəricidir. Ölkədə yoluxma sayı 2,07 milyon nəfər təşkil edir.

Krallıqda yoluxma sayının artması 14 dekabrda Səhiyyə Nazirliyinin rəhbəri Mett Xenkok tərəfindən elan edilmiş koronavirusun yeni, mutasiya edilmiş bir variantının müəyyənləşdirilməsi ilə əlaqələndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti