...

Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiqlədi

Dünya xəbərləri Materials 24 Dekabr 2020 21:56 (UTC +04:00)
Gürcüstan parlamenti hökumətin yeni tərkibini təsdiqlədi

Bakı. Trend:

Gürcüstan parlamenti plenar iclasının növbədənkənar sessiyasında hökumətin yeni tərkibinə və hökumət proqramına 86 səslə etimad votumunu verib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetində yalnız bir yeni nazir var - Ədliyyə naziri təyin olunmuş Qoça Lortkipanidze olacaq.

"Avropa Dövləti Qurma" hökumət proqramına gəldikdə, onun əsas hissəsi pandemiya ilə mübarizəyə həsr edilmişdir.

Etimad votumunu elan etmək üçün 76 millət vəkilinin dəstəyi lazım idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti