...

Ermənistanda bir qrup hüquqşünas Paşinyanın həbsi ilə bağlı baş prokurora müraciət edib

Dünya xəbərləri Materials 25 Dekabr 2020 14:38 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda bir qrup hüquqşünas ölkənin baş naziri Nikol Paşinyan barəsində cinayət işinin açılması ilə bağlı baş prokurora müraciət ünvanlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müraciəti imzalayanlar N.Paşinyanın dövlətə xəyanət ittihamı ilə həbsini tələb edir.

Müraciət N.Paşinyanın Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası ilə əlaqədar açıqlamaları ilə bağlı edilib. Sənədi 20 hüquqşünas imzalayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Nikol Paşinyanın istefası ilə əlaqədar etiraz aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti