...

İranda sutka ərzində 134 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 26 Dekabr 2020 14:49 (UTC +04:00)
İranda sutka ərzində 134 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 134 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 574 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 760 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 194 963 nəfərə çatıb. Virus daşıyıcılarından 5 273 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 942 548 nəfər koronavirusdan sağalıb, 7,35 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda koronavirusa yoluxma ilə əlaqədar İranın 108 rayonu narıncı və 340 rayonu isə sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti