...

Braziliyanın vitse-prezidenti koronavirusa yoluxub

Dünya xəbərləri Materials 28 Dekabr 2020 09:30 (UTC +04:00)
Braziliyanın vitse-prezidenti koronavirusa yoluxub

Bakı. Trend:

Braziliyanın vitse-prezidenti Amilton Mouranın yeni növ koronavirus infeksiyasını müəyyən etmək üçün verdiyi analiz nümunələri müsbət çıxıb.

Trend-in məlumatına görə, Amilton Mouran iqamətgahında özünü təcrid edib.

İlkin məlumatlara görə, siyasətçi özünü yaxşı hiss edir, xəstəliyi yüngül keçirir.

Qeyd edək ki, Braziliya dünyada ən çox yoluxmanın qeydə alındığı ölkələrdən biridir. Ölkədə artıq 7,5 milyondan çox insanda virus aşkar edilib.

Xatırladaq ki, daha əvvəl Braziliya prezidenti Jair Bolsonaro da koronavirusa yoluxmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti