...

Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı yeddi nəfərə yüksəlib

Dünya xəbərləri Materials 30 Dekabr 2020 01:24 (UTC +04:00)
Xorvatiyada zəlzələ nəticəsində ölənlərin sayı yeddi nəfərə yüksəlib

Bakı. Trend:

Xorvatiyada baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə "Hina" dövlət informasiya agentliyi xəbər verib.

Məlumata əsasən, Sisak şəhərinə yaxın yaşayış məntəqəsində yerləşən kilsədə orqanist olaraq çalışan bir şəxsin cəsədi dağıntılar altında tapılıb. Hazırda dağıntıların nəticələrini aradan qaldırmaq üçün işlər aparılır.

Daha əvvəl Petrinya şəhəri və Qlina şəhərinin bir neçə rayonunda baş verən təbii fəlakət nəticəsində altı qurbanlar haqqında məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti