...

Braziliyada koronavirusun "Britaniya" ştammına iki yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 5 Yanvar 2021 03:19 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına iki yoluxma halı qeydə alınıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yeni ştamma yoluxanlar Böyük Britaniyadan gəlmiş insanlarla təmasda olan 25 yaşlı qadın və onun 34 yaşlı tanışıdır.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti