...

Xorvatiya prezidenti koronavirusa qarşı peyvəndlənib

Dünya xəbərləri Materials 7 Yanvar 2021 16:28 (UTC +04:00)
Xorvatiya prezidenti koronavirusa qarşı peyvəndlənib

Bakı. Orxan Nəbiyev - Trend:

Xorvatiya prezidenti Zoran Milanoviç koronavirusa qarşı peyvənd olunub.

Trend-in məlumatına görə, o, ölkənin bütün vətəndaşlarını peyvəndlənməyə çağırıb.

Xorvatiyada koronavirusa qarşı vaksinasiya prosesi dekabrın 27-də başlayıb. Ölkə 10 minə yaxın "Pfizer BioNTech" vaksinini əldə edib. Bundan başqa, 6 milyonya yaxın vaksin sifariş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti