...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 799 mindən çox artıb

Dünya xəbərləri Materials 10 Yanvar 2021 01:12 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 799 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 799 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 799 712 nəfər yeni koronavirusa yoluxub, 15 454 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 87 589 206, ölənlərin isə 1 906 606 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti