...

İndoneziyada qəzaya uğrayan təyyarənin iki qara qutusunun yeri müəyyən edilib

Dünya xəbərləri Materials 10 Yanvar 2021 13:41 (UTC +04:00)
İndoneziyada qəzaya uğrayan təyyarənin iki qara qutusunun yeri müəyyən edilib

Bakı. Trend:

İndoneziyada qəzaya uğrayan sərnişin təyyarəsinin iki qara qutusunun yeri müəyyən edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı İndoneziyanın milli axtarış-xilasetmə Agentliyinin rəhbəri Baqus Puruhito deyib.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğradığı əraziyə xüsusi avadanlıqla təchiz edilmiş gəmilər gətirilib: "Ümud edirik ki, qara qutuları ən yaxın zamanda aşkarlayacağıq".

Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində azı 65 nəfər olub (10-u uşaq olmaqla 53 sərnişin və 12 ekipaj üzvü).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti