...

Rusiya-Monqolustan sərhədi yaxınlığında 6,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 12 Yanvar 2021 07:11 (UTC +04:00)
Rusiya-Monqolustan sərhədi yaxınlığında 6,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Rusiya ilə Monqolustan sərhədində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Moskva vaxtı ilə saat 00:32:59-da qeydə alınıb. Zəlzələnin episentri İrkutsk vilayətinin Anqarsk şəhərindən 277 km məsafədə, Xubsuqul gölündə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti