...

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

Dünya xəbərləri Materials 16 Yanvar 2021 20:04 (UTC +04:00)
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

Bakı. Trend:

Türkiyənin vitse-prezidenti Fuad Oktay yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı peyvənd edilib.

Trend-in məlumatına görə, vitse-prezidentə “Sinovac Biotech” şirkəti tərəfindən hazırlanmış "CpronaVac" peyvəndinin ilk dozası Ankara şəhər xəstəxanasında vurulub.

15 dəqiqədən sonra F.Oktay jurnalistlərə prosedurun ona heç bir narahatlıq və xoşagələməz hissləri yaşatmadığını deyib.

Vitse-prezident baş həkim Əziz Əhməd Sürelə və Ankara şəhər xəstəxanasının tibb işçilərinə təşəkkür etdi.

F.Oktay qeyd edib ki, Türkiyə peyvənd sistemi bütün dünya üçün nümunədir. Onun sözlərinə görə, Türkiyə koronavirusla mübarizədə böyük uğurlar göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti