Bakı. Trend:
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel bu gün vəzifəsindən istefa verdiyini elan edib.
Trend-in məlumatına görə, bu barədə onun yazılı bəyanatında deyilir.
"Bu gözəl təşkilata başçılıq etmək mənim həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və gördüyümüz işlə çox fəxr edirəm", - Cina Haspel qeyd edib.