...

Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 20 Yanvar 2021 23:47 (UTC +04:00)
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

ÇinABŞ-ın 28 vətəndaşına, o cümlədən sabiq prezident Donald Trampın administrasiyasında dövlət katibi olan Mayk Pompeoya qarşı sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə Çinin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Çin, ölkənin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinə aid məsələlərdə bu cür addımlarından əsas məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiya tətbiq etməyə qərar verib".

Sanksiya siyahısına həmçinin Milli Ticarət Şurasının sabiq rəhbəri Piter Navarro, prezidenti milli təhlükəsiz üzrə sabiq köməkçisi Robert O'Brayan və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft da daxil ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti