...

İranda bir gündə 93 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 21 Yanvar 2021 14:44 (UTC +04:00)
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 150 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 204 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 354 520 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 168 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 144 549 nəfər koronavirusdan sağalıb.

Ölkədə indiyədək 8,74 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı, 252 şəhər isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti