...

Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır

Dünya xəbərləri Materials 24 Yanvar 2021 08:05 (UTC +04:00)
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır

Bakı. Trend:

Bu gün Misirdə yeni növ koronavirusa (COVİD-19) qarşı kütləvi vaksinasiya başlayır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi deyib.

Onun sözlərinə görə, ilk növbədə koronavirusa qarşı karantin və profil xəstəxanalarda çalışan 207 min həkim peyvənd olunacaq.

Prezident qeyd edib ki, əsas diqqət pandemiyanın ön cəbhəsində olan həkimlərə və səhiyyə işçilərinə yönləndiriləcək.

Qeyd edək ki, hazırkı dövrədək Misirdə koronavirusdan 200-dən artıq səhiyyə işçisi vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti